Blinkenin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan XİN başçıları arasında üçtərəfli görüş keçirilib

Siyasət

01.05.2023 - 22:54

Üçtərəfli görüşdə bir sıra məsələlər müzakirə olunub

ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, ABŞ dövlət katibi Entoni Blinken və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında üçtərəfli görüş keçirilib.

AYNA xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, diplomatlar regionda təhlükəsizlik vəziyyətini, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesi ilə bağlı məsələləri müzakirə ediblər.

 

 

Müəllif: Ayna.az