ABŞ dövlət katibi bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı gərgin gedir
“Ukrayna Silahlı Qüvvələrinin əks-hücumları gərgin gedir”. AYNA xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Entoni Blinken CNN telekanalına müsahibəsində bildirib.
Siyasətçi əlavə edib ki, hazırda əks-hücum ilkin mərhələdədir: “Ağır döyüşlər gedir. Rus hərbçiləri etibarlı müdafiə yarada biliblər”.
“Əks-hücum bir-iki həftəyə bitməyəcək. Biz bir neçə ay çəkəcəyini gözləyirik”, - deyə Blinken əlavə edib.