Bitkoin ötən ayın rekordundan sonra kəskin ucuzlaşıb

Dünya

19.05.2021 - 21:16

Bitkoinin qiymətində ucuzlaşma müşahidə olunur 

 

Bitkoinin məzənnəsi aprel ayında qeydə alınmış tarixi rekord həddinə nisbətən 2,1 dəfə ucuzlaşıb.

 

AYNA xəbər verir ki, Bakı vaxtı ilə saat 17:13-ə olan vəziyyətə görə, ən böyük kriptovalyuta birjası olan “Binance”-da bitkoin 29 faiz ucuzlaşaraq 31,4 min ABŞ dollarından satılıb. Hərrac zamanı bitkoinin məzənnəsi yanvarın 25-dən bəri ilk dəfə 30 min dollaradək azalıb.

 

Həmçinin, 20-dən artıq birjanın göstəriciləri əsasında orta rəqəm təqdim edən CoinMarketCap-a görə bitkoin gün ərzində 29,8 faiz ucuzlaşaraq 30.858 dollardan satılıb.

 

Xatırladaq ki, aprelin 14-də bitkoinin məzənnəsi tarixi rekordunu növbəti dəfə yeniləyərək 64.854 ABŞ dollarından satılmışdı.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş