Azərbaycan neftinin orta qiyməti ötən həftə 94 dollardan aşağı enib
Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,02 dollar artaraq 90,91 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,05 dollar ucuzlaşaraq 87,64 dollar təşkil edib.
Ötən həftə ərzində (9-13 oktyabr) dünya bazarlarında Azərbaycanın "Azeri Light" (CIF) markalı neftinin 1 barelinin orta qiyməti 93,308 dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 1,308 dollar və ya 1,38% azdır.
"APA-Economics"in məlumatına görə, həftə ərzində ən yüksək göstərici (V gün) – 95,06 dollar təşkil edib, ən minimal göstərici (III gün) isə 91,11 dollar səviyyəsində olub.
Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” nefti 44,6% bahalaşıb.