Elektron qeydiyyat prosesi sentyabrın 14-də başa çatacaq
2023–2024-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu davam edir. Bu barədə AYNA-ya Elm və Təhsil Nazirliyindən bildirilib.
Qeyd olunub ki, birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi sentyabrın 14-də başa çatacaq.
Qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.