Birinci sinfə sərbəst qəbul başlayıb

Xəbərlər

29.05.2024 - 15:11

Həkimlər Klinikalar SEO Xidməti

Üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrinə sərbəst qəbul başlayır

Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrinə sərbəst qəbul başlayır.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən AYNA-ya bildirilib ki, iyunun 3-də saat 11:00-da uşaqların I sinfə elektron qəbulu prosesində Abşeron, Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrində sərbəst (prioritetsiz) qəbul aparılacaq.

Qeyd edilən ümumi təhsil müəssisələrinin siyahısı mektebeqebul.edu.az saytında təqdim olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş