Bir yaşlı uşaq qızılcadan ölüb

Xəbərlər

01.12.2023 - 12:33

"Pasiyentin yanaşı diaqnozu qavrama zəifliyi olub”

2022-ci il təvəllüdlü azyaşlı noyabrın 30-da saat 12:47 radələrində Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. AYNA xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, ona qızılcanın ağırlaşmış forması, neyrotoksikoz, ensefalit, kəskin tənəffüs, ürək-damar çatışmazlığı (III dərəcə) diaqnozları qoyulub: "Pasiyentin yanaşı diaqnozu qavrama zəifliyi olub. Azyaşlı Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlı dekabrın 1-də saat 00:15 radələrində vəfat edib".

“Azyaşlı doğum evində hepatit və vərəm əleyhinə peyvənd olunub, valideyni tərəfindən digər peyvəndlərdən imtina ərizəsi yazılıb”, - deyə məlumatda qeyd olunub.

Müəllif: Ayna.az