Bir qrup FHN əməkdaşı “Heydər zirvəsi”nə yürüş edib

Xəbərlər

12.05.2023 - 12:32

cedabet dərman SEO Xidməti

Yürüş iştirakçıları 3 min 751 metr hündürlükdə yerləşən sərt və mürəkkəb relyefə malik “Heydər zirvəsi”nə qalxıblar

Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Heydər zirvəsi”nə yürüş edib.

FHN-dən AYNA-ya bildirilib ki, yürüş iştirakçıları Xınalıq kəndindən hərəkətə başlayaraq, Böyük Qafqaz sıra dağlarının Başdağ silsiləsinin Qızıl Qaya massivində, dəniz səviyyəsindən 3 min 751 metr hündürlükdə yerləşən sərt və mürəkkəb relyefə malik “Heydər zirvəsi”nə qalxaraq, Ulu Öndərin unudulmaz xatirəsini dərin ehtiramla anıblar.

Ümummilli Lider Heydər Əliyevin 100-cü ildönümünü əks etdirən xatirə lövhəsi zirvəyə yerləşdirilib və Azərbaycanın Respublikasının Dövlət Bayrağı ilə yanaşı FHN-in rəmzi olan bayraq zirvədə dalğalandırılıb.

Bir qrup FHN əməkdaşı “Heydər zirvəsi”nə yürüş edib
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş