Bir gündə 39 minə yaxın şəxs "buster" doza peyvəndlənib

Xəbərlər

09.02.2022 - 16:27

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 44 505 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 438 , ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 165, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 38 902 nəfərdir.

Ölkədə vurulan peyvənd ümumi sayı 12 306 245, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 255 473, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 756 764, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 2 294 008 təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş