Bir abituriyent buraxılış imtahanından xaric edilib

Xəbərlər

10.09.2020 - 15:41

Üzərində mobil telefon aşkarlandığı üçün imtahan zalından çıxarılıb

 

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyun-iyul aylarında keçirilən yekun qiymətləndirmə (attestasiya) imtahanlarda iştirak etməyən IX və XI sinif şagirdləri üçün 10 sentyabr 2020-ci il tarixində buraxılış imtahanları keçirilib.

 

DİM-dən AYNA-ya verilən məlumata görə, imtahanlar respublikanın 15 şəhər və rayonunda təşkil olunub. Bir nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.

Müəllif: Ayna.az