Yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunub
Paytaxtın Binəqədi rayonunda açıq ərazi yanır. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Binəqədi rayonu, Cəfər Cabbarlı küçəsi yaxınlığında açıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Baş vermiş yanğın qurumun yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.