Yusif Məmmədov bıçaqla oynayarkən özünə xəsarət yetirib
Tərtərdə səkkiz yaşlı uşaq bədbəxt hadisə nəticəsində vəfat edib. AYNA-nın APA-ya istinadən xəbərinə görə, Tərtər rayon sakini, 2012-ci il təvəllüdlü Məmmədov Yusif Ramin oğlu bıçaqla oynayarkən özünə xəsarət yetirib.
Azyaşlı dərhal Bərdə Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma başlanıb.