Bəşəriyyətə yol açmış otuz kitab

Maraqlı

14.07.2019 - 11:00

"Bu kitab qaranlığın ortasında yandırılmış bir şama bənzəyir"
 
 
AYNA xəbər verir ki, bu barədə Türkiyədə yaşayan, tanınmış azərbaycanlı jurnalist İbrahim Nəbioğlu öz "Facebook" hesabında paylaşım edib. O, bəşəriyyətə yol açmış otuz kitabdan biri haqqında yazıb. 
 
"1-ci kitab: Philosophiae Naturalis Principia Mathematica
 
Latınca yazılmış "Philosophiae Naturalis Principia Mathematica" (Natural fəlsəfənin riyazi prinsipləri) kitabı dahi ingilis fiziki İsak Nyutonun 1686-cı ildə çapdan çıxan kitabıdır. Kitabda Ümumdünya cazibə qanununu verməklə Nyuton klassik mexanikanın əsasını qoyub.
 
Müasir zamanda kitabın adı yəqin ki, "Fizikanın riyazi əsasları" olardı. "Principia" 3 cilldən ibarətdir və o, Təbiəti riyazi dillə izah edən bir Şahəsər sayılır. Qaranlığın ortasında yandırılmış bir şama bənzəyir "Principia". Bu gün Kainatın riyazi dilini anlamağa başlamışıqsa bu Nyuton və onun bu əsəri sayəsində mümkün olmuşdur. Əhəmiyyəti və miqyasına görə dəqiq elmlər tarixində kitabın tayı-bərabəri yoxdur. Odur ki, kitab nəinki elmi baxımdan, tarixi əhəmiyyətinə görə əvəzsizdir. Kitabın məşhur giriş sözü isə başlı-başına bir aləm, şedevrdir.
 
Nyuton ifrat təvazökarlığı ilə tanınırdı, bu təvazökarlığındandır ki, kitabda yeni bir nəzəriyyə yaratdığını dilə gətirmir. Kim bilir, bəlkə də o haqlı idi, çünki elədiyi təbiəti riyaziyyatın dili ilə ifadə etmək idi."
Müəllif: Ayna.az