Qardaşı qızı Tramp haqqında gizlinləri açıb

Maraqlı

09.07.2020 - 15:24

“ABŞ Prezidenti uşaqlığını atasından qorxaraq təşviş içində keçirib”

 

ABŞ Prezidenti Donald Trampın qardaşı qızı onun haqqında ifşaedici memuar yazıb. AYNA xarici mediaya istinadən xəbər verir ki, klinik psixoloq olan Meri Trampın mətbuata sızan analizlərinə görə, Tramp uzun illər atası Fred Trampın emosional istismarına məruz qalıb.

 

Məlumata görə ABŞ Prezidenti uşaqlığını atasından qorxaraq təşviş içində keçirib. Meri Tramp iddia edir ki, uzun illər emosional istismara məruz qalan əmisi “məhv olub”, “insani duyğularını itirib”.

 

Uzun müddətdir müzakirələrə səbəb olan “Həddindən artıq çox və heç vaxt bəs etməyən: Ailəm dünyanın ən təhlükəli adamını necə yaratdı?” adlı kitab 14 iyulda oxuculara təqdim olunacaq.

 

Qeyd edək ki, Trampın keçmiş Milli Təhlükəsizlik üzrə müşaviri Con Boltonun kitabı kimi, Meri Trampın kitabı da rəflərdə yer almadan mətbuatda geniş müzakirələrə səbəb olub.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə