Yay və qışda "başımızın bəlasından" qurtulmağın ən sadə yolu

Maraqlı

27.07.2019 - 11:01

Bunun qarşısını almaq üçün evimizdə və ya ofisimizdə bir qabın içində bol miqdarda su saxlamaq lazımdır


Dodaq quruması tez-tez müşahidə olunan həm mövsümi, həm də uzun müddətli müşahidə olunan haldır. Dodaq quruması qışda küləkli və sərt havanın, yayda isə günəşin zərərli şüalarının təsiri nəticəsində meydana gəlir. Daha çox yay və qış aylarında baş verir. 

 

Dodaqlarınızın qurumamaması üçün mütləq dəriniz kimi ona da qulluq etməlisiniz. Dodaqlarınız çox quruyursa, qəbul etdiyniz duzun miqdarına və ədviyyatlara diqqət etmək lazımdır.  Dodaq qurumasından şikayəti olan insanlar stressli vaxtlarında dodaqlarını dişləmək, dərisini qoparmaq kimi hallarla, əsasən tez-tez üzləşirlər. Dodaq dərisini dişlərlə qoparmaq son dərəcə təhlükəlidir. Bu dodaqlarınızda bəzi infeksiya mənşəli xəstəliklərin yaranmasına səbəb ola bilər. 

 

Dodaqların qurumasının və çatlamasının qarşısını almaq üçün soyuq və küləkli havalarda şal və örtükdən istifadə etmək olar. Həmçinin dodaq balzamı ilə dodaqları nəmləndirmək daha təsirlidir. Bunun üçün ev şəraitində özünüz təbii balzam hazırlaya bilərsiniz. Ən təsirli balzam isə zeytun yağıdır. Dodaqları zeytun yağı ilə yağalyıb ölü dərini təmizləmək məsləhətlidir. 

 

Qış aylarında evdə istifadə etdiyimiz qızdırıcılar da dodoaqların qurumasına, çatlamasına səbəb olur. Çünki quru hava dodaqlarımıza çox mənfi təsir göstərir. Bunun qarşısını almaq üçün evimizdə və ya ofisimizdə bir qabın içində bol miqdarda su saxlamaq lazımdır. Beləliklə, yaranan nəm və quru hava mümkün olduğu qədər azalacaq.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə