"Bakcell" iki operator koduna sahib olacaq

Maraqlı

03.08.2019 - 02:44

İki operator koduna ("055" və "099") malik olacaq
 
Azərbaycanın mobil rabitə operatoru “Bakcell” yeni operator kodunu (prefiksi) alacaq.  AYNA APA-ya istinadən xəbər verir ki,  yeni prefiks "099" olacaq. 
 
“Yeni prefiksin alınması ilə bağlı artıq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət olunub”, - deyə bildirilib. 
 
Beləliklə, bundan sonra şirkət iki operator koduna ("055" və "099") malik olacaq. 
 
Qeyd edək ki, hazırda ölkənin digər mobil rabitə operatoru olan "Azercell"in də yeni - 010 prefiksi istifadəyə verəcəyi gözlənilir.
Müəllif: Ayna.az