Dünyanın ən şirin yeri – <font color=red> Şokolad təpələri</font>

Maraqlı

20.06.2019 - 14:59

"Şokolad Təpələri"ndə onlarla müxtəlif bitki və digər canlılar yaşayır

 

Filippinin Bohol adasında yerləşən qeyri-adi "Şokolad Təpələri", təqribən 1268 eyni ölçülü təpədən ibarətdir.

 

Yer kürəsinin ən maraqlı yerlərindən hesab olunan bu təpələrin ərazisi 50 kv. kilometrdir. Təpələrin hündürlükləri isə 30 metr ilə 121 metr arasında dəyişir.

 

Görünüşü ilə insanları valeh edən bu təbiət möcüzələri quraq mövsümlərdə yağış qıtlığından quruyaraq qəhvə rənginə büründüyü üçün “Şokolad Təpələri” adlandırılır.

 

Bohol bölgəsinin bu gözəl mənzərəli təpələri hər il on minlərlə turisti qonaq edir. Kələ-kötür quruluşu olan bu təpələrdə onlarla müxtəlif bitki və digər canlılar yaşayır.

 

Filippinin "Şokolad təpələri" həm ölkənin Turizm Nazirliyi tərəfindən ciddi nəzarətdə saxlanılır, həm də UNESCO-nun Dünya Mirası siyahısında yer alır.

 

AYNA "Şokolad Təpələri"nin maraqlı fotolarını təqdim edir:

 

 

 

Müəllif: Ayna.az