Berluskoninin dəfn tarixi açıqlanıb

Dünya

12.06.2023 - 18:59

cedabet dərman SEO Xidməti

İtaliyanın sabiq Baş nazirinin dəfn mərasimi iyunun 14-də Milanda keçiriləcək

İtaliyanın keçmiş Baş naziri Silvio Berluskoninin dəfn mərasimi iyunun 14-də Milan Katedralində keçiriləcək. AYNA xəbər verir ki, bu barədə “Sky TG24” məlumat yayıb.

Siyasətçi ilə vida mərasimi iyunun 12-də Arkordakı villasında başlayacaq və ertəsi gün Mediaset studiyalarında davam edəcək.

Qeyd edək ki, Berluskoni iyunun 12-də Milanda San Raffaele xəstəxanasında 87 yaşında vəfat edib. Yaz aylarında siyasətçiyə leykoz diaqnozu qoyulmuşdu.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş