Paytaxt Berlində 60 minə yaxın ukraynalının yaşadığı ehtimal edilir
Almaniya hökuməti Ukraynadan olan qaçqınlar üçün 2 milyard avro vəsait ayıracaq. AYNA APA-ya istinadən xəbər verir ki, bu barədə Kansler Olaf Şots açıqlama verib.
Vəsait Almaniyaya gələn ukraynalıların yaşayış və digər xərclərini kompensasiya etmək üçün ayrılacaq.
Qərar kanslerin 12 federal ştatın liderləri ilə görüşündən sonra qəbul edilib.
Almaniya bu günə kimi Ukraynadan olan 316 minə yaxın qaçqını rəsmi olaraq qeydiyyata alıb.
Təkcə paytaxt Berlində 60 minə yaxın ukraynalının yaşadığı ehtimal edilir.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının son məlumatlarına görə, Rusiya hərbi əməliyyatları başlayandan bəri Ukraynadan 4,3 milyondan çox qaçqın qonşu ölkələrə gəlib.
Fevralın 24-dən aprelin 6-dək Polşaya 2 514 504, Rumıniyaya 662 751, Macarıstana 404 021, Moldovaya 401 704 qaçqın gəlib.