Restoranın cavabdehi səkkiz gün müddətinə inzibati qaydada həbs olunub
Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri yoxlamalar zamanı Hacıallı kəndindəki “Atabəy” şadlıq sarayında təşkil olunmuş toy məclisində karantin qaydalarının pozulduğu aşkar edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan AYNA-ya verilən məlumata görə, qayda pozuntusu ilə əlaqədar restorana cavabdeh olan Təbriz Əlizadə barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə o, səkkiz gün müddətinə inzibati qaydada həbs olunub.