Bələdiyyə üzvü seçilmək istəyənlərin nəzərinə!

Xəbərlər

27.11.2024 - 19:16

Həkimlər Klinikalar SEO Xidməti

Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayır

Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq.

AYNA xəbər verir ki, bu, Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planında əksini tapıb.

Seçki Məcəlləsinin 214.1, 214.4, 214.5-ci maddələrinə əsasən, seçki dairəsinin ərazisində daimi yaşayan, passiv seçki hüququ olan Azərbaycan Respublikasının vətəndaşları, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları seçkilərin təyin edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsinə başlayır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş