BƏƏ koronavirus məhdudiyyətlərini ləğv edir

Dünya

10.02.2022 - 08:37

Həkimlər Klinikalar SEO Xidməti

Məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı qərar qəbul edilib

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hakimiyyət orqanları ölkədə koronavirus infeksiyasının yayılması ilə əlaqədar tətbiq olunan məhdudiyyətlərin mərhələli şəkildə aradan qaldırılması prosesinin başladığını elan edib.

AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə BƏƏ-nin WAM xəbər agentliyi məlumat yayıb.

Məhdudiyyətlərin aradan qaldırılması turizm obyektləri, ticarət-əyləncə mərkəzləri və digər müəssisələrə aiddir.

Həmçinin məscidlərdə namaz qılanlar arasında sosial məsafənin 1 metrə endirilməsi barədə qərar qəbul edilib.

Bununla belə, BƏƏ rəsmiləri bütün vətəndaşları epidemiya əleyhinə tədbirlərə, o cümlədən qoruyucu maska ​​rejiminə əməl etməyə çağırıb.

Məhdudiyyətlərin aradan qaldırılması prosesi fevralın ortalarına qədər başa çatacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş