Universitet üzrə ən yüksək nəticə balı 97-dir
Bakı Dövlət Universitetində (BDU) 2023-2024-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına əsas yerləşdirmədən sonra qəbulun nəticələrinə görə 1035 nəfər qeydiyyatdan keçib. AYNA xəbər verir ki, bu barədə BDU-dan bildirilib.
Qeyd olunan tədris ili üçün BDU-nun magistraturasına qəbul planı 91.24 faiz dolub. Universitet üzrə ən yüksək nəticə balı 97-dir.
Qeyd edək ki, 2023-2024-cü tədris ilində BDU-nun magistratura pilləsinə qəbul üçün ümumilikdə 1199 plan yeri ayrılıb.