BDU-nun itkin düşən tələbəsinin meyiti tapılıb

Xəbərlər

27.03.2022 - 18:23

Həkimlər Klinikalar SEO Xidməti

İlkin Qənbərli BDU-nun Geologiya fakültəsinin tələbəsi olub

Bakı bulvarında dənizdə meyit tapılıb. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Belə ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Parkın ərazisində (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 600 m aralı, nəzarətsiz ərazi) aşkar edilən kişi meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu çağırış üzrə cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində 2003-cü il təvəllüdlü Qənbərli İlkin Emil oğlunun meyiti aidiyyəti üzrə təhvil verilib.

İ.Qənbərli Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinin tələbəsi olub. O, mart ayının əvvəli itkin düşmüşdü.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş