Bayram günlərində Bakıda hava necə olacaq?

Xəbərlər

06.11.2023 - 17:08

cedabet dərman SEO Xidməti

Bakıda və Abşeron yarımadasında bayram və istirahət günlərində gözlənilən hava şəraiti açıqlanıb

Milli Hidrometeorologiya Xidməti Bakıda və Abşeron yarımadasında bayram və istirahət günlərində gözlənilən hava şəraitini açıqlayıb. Xidmətdən AYNA-ya bildirilib ki, noyabrın 8-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi 7-12 metr/saniyə, gündüz cənub-şərq küləyi 8-13 metr/saniyə təşkil edəcək. Havanın temperaturu gecə 13-16°, gündüz 17-22° isti olacaq.

Noyabrın 9-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi 8-13 metr/saniyə, səhər 15-20 metr/saniyə, arabir 23-28 metr/saniyəyədək güclənəcək. Havanın temperaturu gecə 14-17°, gündüz 18-23° isti olacaq.

Noyabrın 10-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi 15-20 metr/saniyə, arabir 23-28 metr/saniyə, yarımadanın bəzi yerlərində arabir 30 metr/saniyəyədək güclənəcək, axşam şimal-şərq küləyi 7-12 metr/saniyə təşkil edəcək. Havanın temperaturu gecə 13-16° isti, gündüz 16-18° isti olacaq.

Noyabrın 11-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi 7-12 metr/saniyə, gündüz arabir 15-20 metr/saniyəyədək güclənəcək. Havanın temperaturu gecə 12-15°, gündüz 17-20° isti olacaq.

Noyabrın 12-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub küləyi 8-13 metr/saniyə, arabir 15-18 metr/saniyə təşkil edəcək. Havanın temperaturu gecə 12-16°, gündüz 17-21° isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş