Bayram günlərində 56 nəfər saxlanılıb

Xəbərlər

11.07.2022 - 13:39

Həkimlər Klinikalar SEO Xidməti

Ölümlə nəticələnən 6 yol-nəqliyyat hadisəsi baş verib

İyulun 9-u və 10–da ölkə ərazisində qeydə alınan cinayətlərdən 71-nin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 7-nin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 30, o cümlədən borclu şəxs qismində axtarışda olan 19 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 6 yol-nəqliyyat hadisəsi baş verib.

Narkotiklərlə əlaqəli 39, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş