Deputatlar sabiq Baş Qərargah rəisini ölkənin yeni prezidenti seçiblər
Albaniya Xalq Assambleyasının (birpalatalı parlament) deputatları Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi Bayram Beqayı ölkənin yeni Prezidenti seçiblər. AYNA xarici mediaya istinadən bildirir ki, Beqay 78 səs qazanıb ki, onlardan 74-ü hakim Albaniya Sosialist Partiyasının deputatlarına məxsus olub.
Beləliklə, Beqay ölkənin səkkizinci prezidenti olacaq və iyulun 24-də hazırkı prezident İlir Metanın səlahiyyət müddəti başa çatdıqdan sonra bu vəzifəni icra edəcək.