Bayden Ukraynaya yeni hərbi dəstək paketini açıqlayıb

Xəbərlər

01.06.2022 - 21:50

Həkimlər Klinikalar SEO Xidməti

ABŞ Prezidenti Cozef Bayden Ukraynaya yeni müdafiə yardımı paketini açıqlayıb. AYNA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə dövlət başçısının Ağ Ev tərəfindən yayılan yazılı bəyanatında deyilir.

"Bu gün mən Ukrayna ordusuna lazımi yardım göstərmək üçün yeni təhlükəsizlik yardımı paketini elan edirəm. Ukrayna üçün əlavə maliyyə vəsaiti Konqresdə iki partiyanın dəstəyi ilə təsdiqlənib. ABŞ Ukraynanı daha çox silahla təchiz edəcək vəziyyətdədir”, - deyə ABŞ Prezidenti qeyd edib.

Baydenin sözlərinə görə, növbəti hərbi yardım paketinə qabaqcıl silahlar, o cümlədən HIMARS raket sistemləri daxildir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş