Bayden Rusiyanın G20-dən çıxarılmasını istəyir

Dünya

25.03.2022 - 04:29

Həkimlər Klinikalar SEO Xidməti

ABŞ Prezidenti: "Biz Ukraynanın G20 sammitində iştirakını istəyirik"

ABŞ Prezidenti Co Bayden Rusiyanın G20-dən çıxarılmasının tərəfdarı olduğunu bildirib.

AYNA TASS-a istinadən xəbər verir ki, Brüsseldə keçirdiyi mətbuat konfransında Bayden bəzi ölkələrin bu təkliflə razılaşmadığını etiraf edib.

"Bu gün bu məsələ müzakirə olundu. Biz Ukraynanın G20 sammitində iştirakını istəyirik. Əgər İndoneziya razılıq verməsə, bu mümkün olmayacaq",- deyə Bayden əlavə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş