Bayden Rusiyadakı qiyamı İtaliyanın Baş naziri ilə müzakirə edib

Dünya

27.06.2023 - 13:04

cedabet dərman SEO Xidməti

Meloni ilə ABŞ Prezidenti arasında telefon danışığı olub

İtaliyanın Baş naziri Corc Meloni ABŞ Prezidenti Co Baydenlə telefon danışığı aparıb. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə İtaliya hökumətinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, söhbət zamanı Bayden Melonidən İtaliyanın Aralıq dənizindəki siyasətinin təfərrüatlarını, eləcə də Avropa İttifaqı ilə əməkdaşlıq və Afrikada sabitliyin təmin edilməsi ssenarisini müzakirə edib.

Siyasətçilər həmçinin Ukraynaya dəstək və Rusiyada “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin təşkil etdiyi qiyamı müzakirə ediblər.

"Rusiyadakı böhran mövzusuna və “Vaqner” qrupunun Afrikada olması ilə bağlı nəticələrə çox diqqət yetirildi", - deyə Mətbuat Xidmətinin məlumatında qeyd edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş