Bayden əfqanıstanlı qaçqınlara yardım ayırıb

Dünya

17.08.2021 - 08:26

Həkimlər Klinikalar SEO Xidməti

Vəsait vətəndaşların ABŞ-ın xüsusi immiqrasiya vizaları üçün müraciətinin tələbatının ödənilməsi üçün veriləcək

 

ABŞ Prezidenti Co Bayden əfqanıstanlı qaçqınlara yardım üçün 500 milyon dollara qədər vəsait ayırmağı tapşırıb.

 

AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə amerikalı liderin ABŞ-ın Dövlət katibi Entoni Blinkenə göndərdiyi bildirişdə deyilir.       

 

Sənəddə qeyd olunur ki, söhbət qaçqın və məcburi köçkünlərə təcili yardım göstərilməsi üzrə dövlət fondunun xətti ilə çəkilən xərclərdən gedir.

 

Memorandumda bildirilir ki, bu vəsait Əfqanıstandakı vəziyyətlə bağlı, o cümlədən bu ölkənin vətəndaşlarının ABŞ-ın xüsusi immiqrasiya vizaları üçün müraciətinin tələbatının ödənilməsi üçün veriləcək.

 

Daha əvvəl – iyul ayında Bayden Əfqanıstanda ABŞ qoşunlarına müxtəlif yardım göstərən bu ölkə vətəndaşlarının təxliyə edilməsinə 100 milyon ABŞ dollarına qədər vəsait ayırmağı tapşırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş