İki nəfər “Şüvəlan” və “Mərdəkan” məntəqələrinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşiblər
Batma təhlükəsi ilə üzləşən iki nəfər xilas edilib. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Belə ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Şüvəlan” və “Mərdəkan” sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən iki nəfər xilas olunub.