Batma təhlükəsi ilə üzləşən 9 nəfər xilas edilib

Xəbərlər

18.08.2022 - 06:23

Həkimlər Klinikalar SEO Xidməti

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti əməliyyat keçirib

Ötən gün çimərkən batma təhlükəsi ilə üzləşən 9 nəfər xilas olunub. AYNA xəbər verir ki, bu haqda Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Astara” və “Mərdəkan” sularda xilasetmə məntəqələrinin ərazisində, “Buzovna” və “Görədil” sularda xilasetmə məntəqələrindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşənlər xilas edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş