Baş seysmoloq: “5,5 maqnitudada zəlzələnin təkrarlanması ehtimalı yoxdur” -   VİDEO

Xəbərlər

04.07.2023 - 12:04

cedabet dərman SEO Xidməti

Seysmoloji Xidmət Mərkəzinin baş direktoru mətbuat konfransı keçirdi

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Xəzər dənizində baş verən zəlzələ ilə bağlı mətbuat konfransı keçirib. AYNA-nın xəbərinə görə, Yetirmişli bildirib ki, Xəzər dənizində baş verən zəlzələnin afterşok sahəsinin uzunluğu 37 kilometr və eni 18 km olub.

“Zəlzələ zamanı heç bir fəsad, dağıntı olmayıb. Təkan 10 saniyədən az bir müddətdə baş verib və heç bir dağıntı qeydə alınmayıb. Hazırda kiçik təkanlar var və olmalıdır. Yəni afterşoklar, enerji boşalmaları gedir. Güclü təkanlar olub və cihazlar bunları qeydə alıb. Amma 5,5 maqnitudada baş verən zəlzələnin təkrarlanması ehtimalı yoxdur. Ola bilsin ki, arada 3 maqnitudada hiss edilən zəlzələ baş versin. Birinci təkandan sonra ikinci təkan daha az olur. Bunun çox olması mümkün deyil”, - alim qeyd edib.

Yetirmişli əhaliyə çağırış edərək bildirib ki, sosial şəbəkədəki yayılan məlumatlara inanmasınlar: “Dünənki təkanın qorxusu yoxdur. Ancaq rəsmi xəbərlərə inansınlar”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş