Baş prokurordan müharibə cinayətkarları barədə açıqlama

Xəbərlər

10.10.2023 - 14:46

cedabet dərman SEO Xidməti

Kamran Əliyev: “Müharibə cinayətkarlarının axtarışları davam edir”

“Birinci Qarabağ müharibəsi və Vətən müharibəsi dövründə erməni terroru ilə bağlı Hərbi Prokurorluq, Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən çoxsaylı cinayət işləri açılıb və davam etdirilir. AYNA xəbər verir ki, bu fikirləri baş prokuror Kamran Əliyev deyib.

K.Əliyev bildirib ki, müharibə cinayətkarlarının axtarışları davam edir: “Gəncəyə raket zərbələrinin edilməsi, dinc əhalinin xüsusilə də uşaqlar, qadınlar və yaşlıların öldürülməsindən 3 il ötür. Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində biz bu cinayəti törədənlərin bir qismini məsuliyyətə cəlb etmişik, istintaq davam edir”,- deyə baş prokuror bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş