Baş nazir: “Qrenlandiya ABŞ-ın bir hissəsi olmaq istəmir”

Dünya

17.01.2025 - 13:19

Həkimlər Klinikalar SEO Xidməti

“Lakin mümkün olan bütün sahələrdə Vaşinqtonla əməkdaşlığa hazırıq”

“Qrenlandiya ABŞ-a qoşulmaq və onun bir hissəsi olmaq istəmir. Lakin mümkün olan bütün sahələrdə Vaşinqtonla əməkdaşlığa hazırıq”. AYNA xəbər verir ki, bu barədə adanın Baş naziri Mute Egede “Fox News”a müsahibəsində bildirib.

“Biz amerikalı olmaq istəmirik, ABŞ-ın bir hissəsi olmaq istəmirik. Lakin biz ABŞ-la güclü əməkdaşlıq istəyirik”, – Arktika adaları hökumətinin başçısı deyib.

Eyni zamanda, Egede xatırladıb ki, Qrenlandiya həmişə NATO-ya, eləcə də Amerikanın müdafiə sisteminə inteqrasiya olunub. Bundan əlavə, o, Amerika hakimiyyətinə adada yerləşən resursların işlənməsi imkanlarını nəzərdən keçirməyi təklif edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş