Hökumətin illik hesabatı parlamentə daxil olub
Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatı Milli Məclis daxil olub.
AYNA xəbər verir ki, parlamentin 15 mart tarixində keçiriləcək iclasında Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatı müzakirə olunacaq.
Qeyd edək ki, adətən Milli Məclisin yaz sessiyasının 5-ci iclasında hökumətin hesabatı dinlənilir. Hesabatı Baş nazir təqdim edir.