“Bartaz” sərhəd zastavasında üçrəngli bayrağımız qaldırılıb

Xəbərlər

05.01.2021 - 17:35

Zəngilanda DSX-nin sərhəd zastavasının açılışı olub

 

Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının Horadiz Sərhəd Dəstəsinin Zəngilan rayonunun Bartaz kəndində sərhəd zastavası xidməti fəaliyyətə başlayıb.

 

AYNA “Report”-a istinadən xəbər verir ki, zastavanın açılışında DSX-nın rəis müavinləri - general-leytenant İlham Mehdiyev və Azad Ələkbərov iştirak ediblər.

 

Daha sonra dövlət himnimizin sədaları altında Azərbaycan Respublikasının dövlət bayrağı qaldırılıb. “Bartaz” sərhəd zastavasında üçrəngli bayrağımız qaldırılıb.

Müəllif: Ayna.az