Baş Qərargah rəisinin jurnalist qızı İsrailin hücumu zamanı həlak olub
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqirinin qızı Fereşte Baqiri bu gün səhər İsrailin Tehrana endirdiyi hücum zamanı atası ilə birlikdə ölüb.
AYNA.AZ xəbər verir ki, bu barədə İran mediası bildirir.
Fereşte Baqeri “Defa Press” agentliyinin müxbiri vəzifəsində çalışıb.
Xatırladaq ki, İsrailin İran ərazisinə endirdiyi hava zərbələri nəticəsində Baqiri öldürülüb.