Bank kartları talanır

Xəbərlər

28.05.2025 - 14:37

cedabet dərman SEO Xidməti

Ötən gün bank kartlarından 9 min manata yaxın pul oğurlanıb

Ötən gün vətəndaşların kartlarından 9 min manata yaxın pul talanıb. AYNA.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, bank kartının üzərindəki CVV/CVC, SMS vasitəsilə göndərilən OTP kodları məxfi məlumatlardır. Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında sizə zərər vuracaqlar. Mayın 27-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 3000, 2000, 1003, 696, 660, 426, 300, 270, 220, 111, 110, 51 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

“Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Naməlum zənglərlə, mesajlarla danışıq, yazışma aparılmamalıdır, dərhal bloklanmalıdır”, -məlumatda qeyd edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş