Xilasedicilər tərəfindən axtarışlar davam etdirilir
Bakıda Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə 1 nəfərin quyuya düşərək köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub və dərhal əraziyə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.
AYNA.AZ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən.
Bildirilib ki, hazırda xüsusi vasitələrlə təchiz edilmiş xilasedicilər tərəfindən axtarışlar davam etdirilir.
Əlavə məlumat veriləcək.