Bakıya aylıq normanın 81 faizi həcmində yağıntı düşüb

Xəbərlər

09.12.2024 - 11:29

Həkimlər Klinikalar SEO Xidməti

Yağıntılı hava şəraitinin bu günün ikinci yarısınadək davam edəcəyi gözlənilir

Dekabrın 9-u saat 08:00-a olan məlumatına əsasən Bakıda və Abşeron yarımadasında yağıntılı hava şəraiti davam edir.

AYNA-nın məlumatına görə, Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova deyib ki, düşən yağıntının miqdarı 24 mm-dək qeydə alınıb. Bu da aylıq normanın 81 faizini təşkil edir.

Müşahidə olunan yağıntılı hava şəraitinin dekabrın 9-u günün ikinci yarısınadək davam edəcəyi gözlənilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş