Bakının mərkəzində qanunsuz tikintiyə cəhd

Xəbərlər

22.08.2023 - 17:11

cedabet dərman SEO Xidməti

Nizami küçəsində qanunsuz kafe tikintisinin qarşısı alınıb

Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Nigar Rəfibəyli küçəsində (Fəvvarələr meydanı) şəhərsalma nəzarəti qaydasında monitorinq zamanı heç bir razılıq olmadan tikinti işlərinin aparıldığı müəyyən edilib. AYNA xəbər verir ki, bu barədə Komitədən bildirilib.

Qeyd olunub ki, tikinti dərhal dayandırılıb: “Məsələ barədə Komitə tərəfindən şəhərsalma nəzarəti qaydasında aidiyyəti üzrə Bakı Şəhər İcra Hakimiyyəti və Səbail Rayon İcra Hakimiyyətinə məlumat verilərək, qanunvericiliklə müəyyən edilmiş tədbirlərin görülməsi barədə müraciət olunub”.

“Hazırda tikinti işləri tam olaraq dayandırılıb, Komitənin Baş İdarəsinin nəzarəti altına götürülüb. Şəhərimizin nəbzinin qorunmasına biganə olmayan vətəndaşlara təşəkkür edirik”, - deyə məlumatda vurğulanıb.

Xatırladaq ki, sosial şəbəkələrdə Bakının Nizami küçəsində kafe tikintisi barədə məlumat paylaşılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş