Bakının mərkəzi küçələrində tıxac yarandı

Xəbərlər

11.12.2020 - 17:08

Avtobusların hərəkətində çətinliklər baş verib

 

Hazırda Bakının əksər küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq, tıxac müşahidə olunur. AYNA xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat Xidmətinin rəhbəri Mais Ağayev məlumat yayıb.

 

Bildirilib ki, bu səbəbdən də bütün istiqamətlərdə müntəzəm və ekspress xətlər üzrə avtobusların hərəkətində çətinliklər yaranıb, hərəkət intervalında gecikmələr var:

 

Heydər Əliyev prospekti hər iki istiqamət kənar yol

 

Ağa Neymətulla küçəsi

 

Akademik Həsən Əliyev küçəsi

 

Koroğlu Rəhimov küçəsi

 

Təbrik küçəsi

 

Ziya Bünyadov prospekti

 

Babək prospekti ilə Yusif Səfərov küçəsinin kəsişməsi

 

Tbilisi prospekti

Müəllif: Ayna.az