Bakının bir sıra yollarında tıxac yaranıb

Cəmiyyət

02.03.2023 - 08:28

Paytaxtda tıxac olan yollar açıqlanıb

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Bu barədə AYNA-ya Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Hal-hazırda yollardakı vəziyyət:

1. Heydər Əliyev prospekti, kənar yol, mərkəz istiqamətində;

2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

4. "20 Yanvar" dairəsində;

5. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

6. Babək prospekti, mərkəz istiqamətində;

7. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;

8. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

9. 8 Noyabr prospekti, “Nargilə”dairəsi kəsişmədən mərkəz istiqamətində;

10. Binəqədi şosesi, "Azadlıq Prospekti" metro stansiyası istiqamətində;

11. Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasından "Koroğlu" metro stansiyası istiqamətində;

12. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

13. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından Azneft dairəsi istiqamətində sıxlıq müşahidə olunur.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə