Bakıda yataqxanada yanğın baş verib - FOTO

Xəbərlər

23.08.2022 - 23:47

Həkimlər Klinikalar SEO Xidməti

FHN əməkdaşları qısa müddətdə yanğının qarşısını alıb

Sabunçu rayonunda yataqxana kimi istifadə olunan köhnə bağça binasında yanğın baş verib.

AYNA APA-ya istinadən xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsi, Əliyar Əliyev küçəsində yerləşən məcburi köçkünlərin məskunlaşdığı yataqxanada qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları qısa müddətdə yanğının qarşısını alıb.

Elektrik naqillərində yaranan nasazlıq səbəbindən baş verən yanğın zamanı yüngül dərəcəli xəsarət alanlar olub.

Bakıda yataqxanada yanğın baş verib -
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş