Bakıda yaşayış binasında yanğın olub

Hadisə

12.01.2025 - 22:35

Həkimlər Klinikalar SEO Xidməti

Mənzil yanğından mühafizə olunub

Bakı şəhərinin Suraxanı rayonunda doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yanğın olub.

Bu barədə AYNA-ya FHN-dən bildirilib.

Hadisə zamanı ümumi sahəsi 35 m² olan bir otaqlı mənzildə 1 ədəd televizor və televizor altlığı yanıb, yüksək temperaturdan 1 ədəd pəncərə çərçivəsi qarsalanıb. Mənzil yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az