Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb

Hadisə

24.07.2021 - 11:13

Sahəsi 116 kvadratmetr olan mənzildə bir ədəd yataq dəsti yanıb

 

Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Bu barədə AYNA-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

 

Qeyd edilib ki, binanın 13-cü mərtəbəsində ümumi sahəsi 116 kvadratmetr olan mənzildə bir ədəd yataq dəsti yanıb.

 

Yüksək temperaturdan bir ədəd kondisioner və bir ədəd televizor əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az