Qobustan sakininin cibindən bank kartı oğurlanıb
Bakıda vətəndaşın cibindən bank kartını oğurlayan şəxs saxlanılıb.
Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 24-də Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisindəki kafelərin birində Qobustan rayon sakini N.Həsənovun cibindən bank kartını oğurlamaqda və hesabındakı 2400 manatı çıxararaq mənimsəməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Fuad Nəsirov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.