Bakıda Ukraynaya dəstək aksiyası keçirilib: “Müharibəyə yox!”

Xəbərlər

27.02.2022 - 19:14

cedabet dərman SEO Xidməti

“Rusiyanın işğalçı qoşunları qeyd-şərtsiz Ukrayna ərazisindən çıxarılmalıdır”

Bu gün Ukraynanın Azərbaycandakı Səfirliyinin binası qarşısında Ukrayna xalqına dəstək məqsədi ilə aksiya keçirilib. Yüzlərlə azərbaycanlının iştirak etdiyi aksiya ictimai fəallar tərəfindən təşkil edilib.

AYNA xəbər verir ki, Ukraynanın haqlı mübarizəsinə dəstək ifadə olunub, Rusiyanın təcavüzkar siyasəti pislənilib.

Aksiyada “Ukrayna!”, “Müharibəyə yox!”, “Putin, rəd ol!”, “Ukraynaya eşq olsun!”, “Ukrayna xalqı, Azərbaycan xalqı sizinlədir!”, “Putin, çıx get!”, “Putinsiz Rusiya!”, “Bu Rusiya xalqının müharibəsi deyil, Putinin müharibəsidir!”, “Azərbaycan oyaqdır, Ukraynaya dayaqdır!” kimi şüarlar səsləndirilib. 

“Ukraynanın müdafiəsi uğrunda həlak olanların xatirəsini yad edirik.  Rusiyanın işğalçı qoşunları qeyd-şərtsiz Ukrayna ərazisindən çıxarılmalıdır. Ukraynaya qarşı müharibə qərarı verən Rusiya rəsmilərinin, Putin də daxil olmaqla beynəlxalq hərbi tribunala cəlb edilməsini tələb edirik”, - aksiya iştirakçılarının bəyanatında qeyd edilib.

Ukraynanın Azərbaycandakı Səfirliyinin nümayəndələri aksiyaçıların qarşısına çıxıb. Səfirliyin nümayəndəsi Oleq Klinçenko aktiv müdafiəyə görə Azərbaycan xalıqına təşəkkür edib.

“Azərbaycan xalqı ilk gündən Ukrayna nxalqının yanındadır. Biz Ukrayna xalqı, Ukrayna Səfirliyi adından Azərbaycan xalqına, Azərbaycan rəhbərliyinə təşəkkür edirik. Azərbaycan xalqı Ukraynanı dəstəkləyir, Azərbaycan dövləti humanitar yardım edir”, - deyə Kliçenko vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş